Məxfilik siyasəti
Bu sənəd Sahabron oyunçu tətbiqi, Sahabron Biznes tətbiqi və sahabron.com saytı (birlikdə “Xidmət”) vasitəsilə toplanan fərdi məlumatlara aiddir. Xidmətdən istifadə etməklə bu siyasətlə razılaşırsınız.
1. Məlumatlara kim cavabdehdir
Xidməti və onun vasitəsilə toplanan fərdi məlumatları Sahabron komandası idarə edir. Məxfiliklə bağlı bütün sualları, məlumatlarınızla tanış olmaq, onları düzəltmək və ya silmək tələblərini support@sahabron.com ünvanına göndərin. Hər müraciətə 30 gün ərzində cavab veririk.
2. Hansı məlumatları toplayırıq
- Hesab məlumatları: ad və soyad, e-poçt, telefon nömrəsi, şifrə (yalnız şifrələnmiş şəkildə), istəyə bağlı olaraq doğum tarixi, şəhər, oyun mövqeyi, idman növləri və qısa təqdimat.
- Google ilə giriş: Google hesabınızla daxil olduqda Google bizə adınızı, e-poçtunuzu və hesab identifikatorunu ötürür. Google şifrənizi görmürük.
- Bronlar: meydança, tarix və saat, oyunçu sayı, komanda, ödəniş üsulu, məbləğ və depozit, bron kodu və statusu.
- Yadda saxlanılan kartlar: kartın növü, son 4 rəqəmi, bitmə tarixi və kart sahibinin adı. Kartın tam nömrəsi və CVV kodu saxlanılmır.
- Fəaliyyət: komanda və matç iştirakı, rəylər, reytinqlər, bəyəndiyiniz meydançalar, dəstək yazışmaları və bildirişlər.
- Sahibkarlar üçün: obyekt və meydança məlumatları, yüklənən fotolar, qiymət və endirim ayarları, ödəniş hesabı məlumatları və müştərilərə göndərilən elanlar.
- Texniki məlumatlar: giriş vaxtı, IP ünvanı və xətaların araşdırılması üçün server qeydləri.
Tətbiqlər məkanınızı izləmir və reklam və ya analitika xidmətlərindən istifadə etmir. Kamera yalnız Sahabron Biznes tətbiqində bron QR kodunu oxumaq, foto qalereya isə yalnız obyekt fotosu yükləmək üçün, sizin icazənizlə istifadə olunur.
3. Məlumatlardan nə üçün istifadə edirik
- hesabınızı yaratmaq və sizi tanımaq;
- bronları qəbul etmək, təsdiqləmək, dəyişmək və ləğv etmək;
- bron, matç, komanda dəvəti və oyun xatırlatması kimi bildirişlər göndərmək;
- şifrə bərpa kodunu e-poçtla göndərmək;
- dəstək müraciətlərinə cavab vermək;
- Xidməti təhlükəsiz saxlamaq və sui-istifadənin qarşısını almaq.
4. Məlumatları kiminlə paylaşırıq
- Meydança sahibkarı onun meydançasında etdiyiniz bronu, adınızı və telefon nömrənizi görür ki, bronu idarə edə və sizinlə əlaqə saxlaya bilsin.
- Digər oyunçular profilinizi yalnız profil ayarlarınızın icazə verdiyi qədər görür.
- Xidmət təminatçıları: serverlərin yerləşdirildiyi hostinq, Cloudflare (şəbəkə və e-poçt yönləndirmə), e-poçt göndərmə xidməti və giriş üçün Google. Onlar məlumatları yalnız bizim adımıza xidmət göstərmək üçün emal edir.
- Qanunla tələb olunduqda səlahiyyətli dövlət orqanları.
Fərdi məlumatlarınızı satmırıq və reklam üçün ötürmürük.
5. Nə qədər saxlayırıq
Məlumatlar hesabınız aktiv olduğu müddətdə saxlanılır. Hesabın silinməsini istədikdə məlumatlarınız silinir və ya anonimləşdirilir; qanunun saxlanmasını tələb etdiyi qeydlər (məsələn, ödənişlər) yalnız tələb olunan müddət ərzində saxlanılır.
6. Hesabın silinməsi
Hesabınızı və ona aid məlumatları silmək üçün qeydiyyatdan keçdiyiniz e-poçt ünvanından support@sahabron.com ünvanına “Hesabı sil” mövzusu ilə yazın. Hesab 30 gün ərzində silinir və bu barədə sizə cavab yazırıq.
Silinmə zamanı profiliniz, əlaqə məlumatlarınız, yadda saxlanılan kartlarınız, komanda üzvlükləriniz və yazışmalarınız silinir. Keçmiş bronlar və rəylər sahibkarın uçotu üçün adınız olmadan saxlanıla bilər.
7. Hüquqlarınız
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məlumatlarınızla tanış olmaq, onları düzəltmək, silinməsini və emalının dayandırılmasını tələb etmək hüququnuz var. Profil məlumatlarının çoxunu tətbiqdə özünüz dəyişə bilərsiniz; digər tələblər üçün support@sahabron.com ünvanına yazın.
8. Təhlükəsizlik
Bütün əlaqə HTTPS ilə şifrələnir, şifrələr geri qaytarılmayan şəkildə saxlanılır və məlumatlara giriş yalnız Xidməti idarə edən şəxslərlə məhdudlaşdırılır.
9. Uşaqlar
Xidmət 16 yaşından kiçik şəxslər üçün nəzərdə tutulmayıb. Belə şəxsin məlumatlarının toplandığını öyrənsək, onları siləcəyik.
10. Dəyişikliklər
Bu siyasət dəyişdikdə yeni versiya bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir. Əhəmiyyətli dəyişikliklər barədə tətbiqdə də xəbər veririk.